"Məktəblərlə əlaqələrin yaradılması" layihəsi davam edir
12-14 sentyabr 2007-ci il tarixdə KÜR Elektron Avadanlıqları İstehsalı müəssisəsində müəssisəsinin həyata keçirdiyi "Məktəblərlə əlaqələrin yaradılması" layihəsinin davamı olaraq Bakı şəhərinin orta ümumtəhsil məktəblərinin informatika müəllimləri ilə forum keçirilmişdir.Forumun keçirilməsində əsas məqsəd müəssisədə kompüterlərin istehsal prosesi və texnologiyası ilə müəllimləri yaxından tanış etmək, onların rəy və təkliflərini öyrənmək idi. İştirakçılar kompüter istehsalının yığıma hazırlıq mərhələsindən qablaşdırma mərhələsinədək olan istehsalat prosesini müşahidə etmişlər. “KÜR”-ün elmi texniki mərkəzinin rəisi İlkin Süleymanov iştirakçılara müəssisədə tətbiq olunan istehsal texnologiyası və müxtəlif test-yoxlama proseslərini həyata keçirmək üçün aparıcı şirkətlərdən alınmış proqramlar və avadanlıqlıar haqqında ətraflı məlumat vermişdir. Müəllimlər müəssisədə istehsal xəttində mühüm əhəmiyyətə malik, Zaqafqaziyada analoqu olmayan termo test kamerası ilə tanış olmuş və istehsal xəttində kompüterlərin yığım prosesini canlı izləmişlər. İştirakçı müəllimlər bu prosesin dərslərdə şagirdlərə göstərilməsinin əhəmiyyətini qeyd etmişlər, bunu nəzərə alaraq kompüterlərin istehsal prosesini əks etdirən videoçarx DVD disklərə yazılaraq müəllimlərə paylanmışdır. Müəssisənin keyfiyyət idarəetmə sisteminin meneceri Ülviyyə Əhmədova İSO 9001:2000 beynəlxalq keyfiyyət sertifikatı almış idarəetmə sistemi, müssisədə kadrların seçimi, işə qəbulu və qiymətləndirilməsi ilə baglı olan proseslər haqqında iştirakçılara məlumat vermişdir. Xanım Əhmədova həmçinin iştirakçılara müəssisədə istehsal olunan məhsulların keyfiyyəti və istismar prosesi dövründə rastlaşdıqları hər hansı bir problemlərlə bağlı sorğu anketləri paylamış, iştirakçıların KÜR kompüterləri ilə bağlı rəy və təklliflərini öyrənmişdir. “KÜRSERVİS”-in sistem mühəndisi Eminli Ramin iştirakçılara kompüterlərə göstərilən müasir standartlara cavab verən “KÜRSERVİS” xidmətləri, rayonlarda yaradılmış və davamlı olaraq yaradılmaqda olan servis mərkəzləri haqqında ətraflı məlumat vermiş və onların çalışdıqları məktəblərdə rastlaşdıqları problemlərin həlli yollarını qeyd etmişdir. Forum iştirakçılarına istehsal prosesləri və servis xidmətləri ilə əlaqədar müxtəlif videoçarxlar göstərilmişdir. Bu forum Azərbaycanda konveyer üsulu ilə yeganə kompüter istehsalçısı olan KÜR EAİ MMC tərəfindən atılmış uğurlu addımlardan biri oldu. Müəssisə mütəmadi olaraq Azərbaycanın müxtəlif rayonlarından olan digər məktəblər ilə də belə forumları davamlı olaraq keçirmək niyyətindədir.
17.09.2007, 19:01
17.09.2007 BAKUTEL 2007 17.09.2007 MSK-nın sədri Məzahir Pənahov "KÜR" EAİ MMC-də olmuşdur 17.09.2007 Gəncədə “I Beynəlxalq İnfrastruktur Sərgisi keçirilib” 17.09.2007 Mərkəzi və Şərqi Avropa ölkələrinin keyfiyyət turnirinin mükafatçıları (2005-2006) 17.09.2007 Müəllif hüququ 17.09.2007 Istehsalat Təcrübəsi 17.09.2007 İlin ən yaxşı informatika müəllimi müsabiqəsi 17.09.2007 ''KÜR'' EAI MMC AMD prosessor bazası əsasında kompüter istehsalına başlamışdır. 17.09.2007 "KÜR" EAi MMC konfransda iştirak etmişdir. 17.09.2007 BAKUTEL 2006
|