KÜR - ELEKTRON AVADANLIQLARI İSTEHSALÇISI
Axtarış
 

Diler

 

Korporativ müştərilər üçün

 

Biznes plan

 

Sertifikatlar

 

Servis xidmətləri

 

Dəstək

 

Əlaqə

 

KURTEL

 

Əməkdaşımız


 

Ana səhifə > ŞİRKƏT HAQQINDA

“KÜR” EAİ MMC haqqında

 
 
“KÜR” EAİ MMC – Azərbaycanda kompüter texnikasını işləyib hazırlayan ən iri istehsalçıdır. Zavod ən son dünya standartlarına uyğun avadanlıqlarla təchiz edilmişdir. “KÜR” ticarət markası altında biznes və dövlət idarələri üçün kompüter texnikası, ümumtəhsil məktəbləri, o cümlədən ev üçün fərdi kompüterlər istehsal olunur.
 
“KÜR” milli brenddir
 

Kompüter istifadəçilərinin tələbatını təhlil edərək “KÜR” EAİ MMC-nin mühəndisləri “KÜR” fərdi kompüterlərinin modelini yaratmışlar. “KÜR” kompüterləri istifadəçilər üçün əlverişli, təhlükəsiz, etibarlı və güclü müasir kompüterlərdir. “KÜR” kompüterləri qoşulduğu andan işləməyə hazırdır və istehsalçının hər cür köməyi və zəmanəti ilə təmin edilmişdir.
Qısa müddət ərzində “KÜR” markası Azərbaycanda istehsal edilən fərdi kompüterlər sırasında ölkəmizdə ən çox şöhrət qazanmış brendə çevrilmiş, “KÜR” EAİ MMC isə kompüter bazarında liderlik mövqeyinə qalxmışdır. Müasir “KÜR” fərdi kompüterləri Bakıda və regionlardakı bir çox satış məntəqələrində satılır. Aparılan araşdırmalara görə “KÜR” ölkə üzrə müxtəlif markalı fərdi kompüterlərin satışına görə liderdir. “KÜR” EAİ MMC-nin məhsullarından bütün ölkədə isitfadə edilir.

Aparıcı mütəxəssislərin öz məsələlərinin həllində yüksək keyfiyyətinə görə “KÜR” texnikasına etibar edirlər. “KÜR” texnikasının xeyrinə ölkəmizin bir çox iri şirkətləri seçim etmişlər: “Aztelekom” İB, BTRİB, “Teleradio” İB, Sosial Müdafiə Nazirliyinin Məşğulluq İdarəsi, Təhsil Nazirliyi və başqa idarə və təşkilatlar.
  
“KÜR” EAİ MMC-nin istehsalı
 
“KÜR” EAİ MMC-nin istehsalı ən son dünya standartları nəzərə alınmaqla təşkil edilmiş və elə qurulmuşdur ki, istənilən sifarişin yüksək sürətlə yerinə yetirilməsi, sabit keyfiyyət və məhsulun etibarlılığı təmin edilmişdir. Zavod avtomatlaşdırılmış konveyer xətti ilə təchiz edilmiş və gün ərzində 140 ədəd kompüter istehsal edir. “KÜR” fərdi kompüterləri istehsalın son tamamlama mərhələsində “KÜR” EAİ MMC-nin

təcrübəli mütəxəssisləri tərəfindən əsaslı surətdə hərtərəfli test yoxlamadan keçirilir. Bu “KÜR” kompüterlərinin nöqsansız və uzunmüddətli işləməsini təmin edir. Hər buraxılan fərdi kompüter üçün istehsalçı-zavod tərəfindən 3 ilə qədər zəmanət verilir.
“KÜR” EAİ MMC-nin istehsal gücü DÜST İSO 9001-2000 standartlarına uyğun sertifikatlaşdırılmışdır. “KÜR” kompüterləri ƏS Windows XP-nin uyğunlaşma və AFHM-in “Avropada mükəmməlliyin tanınması-3” sertifikatına malikdir.
 
 Komanda
 
“KÜR” EAİ MMC-nin əsas siyasəti məhsullarımızın alıcılarına qarşı son dərəcə diqqətli olmasıdır. Ona görə də hər bir əməkdaşın nailiyyəti “KÜR” texnikası alıcılarının ümidlərinin doğrulması ilə bağlıdır.

Biz sizə qarşı səmimiyik. Biz lazım olan köməkliyi etməyə və sizi maraqlandıran suallara cavab verməyə həmişə hazırıq. Bu siyasətin uğurları kimi qeyd etmək lazımdır ki, “KÜR” EAİ MMC Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin diplomuna layiq görülmüşdür. “KÜR” EAİ MMC Mərkəzi və Şərqi Avropa ölkələrinin keyfiyyət üzrə 2-ci beynəlxalq turnirinin iştirakçısıdır.
Hal-hazırda “KÜR” EAİ MMC-nin kollektivi informasiya texnologiyasının müxtəlif sahələrində peşəkar təcrübəyə malik 92 nəfərdən ibarətdir.
Aramsız axtarışlar və yeniliklərin tədqiqi bizə imkan verir ki, məhz sizin gözlədiyiniz məhsulu yaradaq.
Biz axtarır və təkmilləşirik.
Biz sizin üçün işləyirik.

27.11.2007
BAKUTEL 2007

09.10.2007
MSK-nın sədri Məzahir Pənahov "KÜR" EAİ MMC-də olmuşdur

27.09.2007
Gəncədə “I Beynəlxalq İnfrastruktur Sərgisi keçirilib”

17.09.2007
"Məktəblərlə əlaqələrin yaradılması" layihəsi davam edir

19.08.2007
Mərkəzi və Şərqi Avropa ölkələrinin keyfiyyət turnirinin mükafatçıları (2005-2006)

10.08.2007
Müəllif hüququ

09.08.2007
Istehsalat Təcrübəsi

14.06.2007
İlin ən yaxşı informatika müəllimi müsabiqəsi

04.06.2007
''KÜR'' EAI MMC AMD prosessor bazası əsasında kompüter istehsalına başlamışdır.

12.02.2007
"KÜR" EAi MMC konfransda iştirak etmişdir.

17.10.2006
BAKUTEL 2006

Son Xəbərlər

Qeydiyyat

E-mail-nizi daxil edin:

 
  AZ 4500, Mingəçevir ş. , Heydər Əliyev pr 71., Tel/fax: (+994147) 5 26 12 , Qaynar xətt: (+994147) 4 71 71 (0147) 134